Azərbaycan çempionu heyətini braziliyalı müdafiəçi ilə gücləndirdi
Avqustun 21-də futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində ilk matçına çıxacaq “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Mediasport.az xəbər verir ki, son Azərbaycan çempionu Cake Aledeş De Oliveyra ilə müqavilə bağlayıb.
Braziliyalı müdafiəçi ilə anlaşma qarşıdakı mövsümü əhatə edəcək.
30 yaşlı "sambaçı" son olaraq Qazaxıstanın “Jetısu” klubunda çıxış edib.
Qeyd edək ki, Naxçıvan təmsilçisi daha əvvəl braziliyalı Kadinyo (“Jetısu” Qazaxıstan) və serb Lazar Milosavlyeviçi (“Çrnica”, Xorvatiya) transfer edib, Amadeu və Lukas Romao ilə müqasviləni uzadıb.
Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollar ayrılıb, Məhəmməd Abbasovla Azər Fərmanov isə hərbi xidmətə yollanıb.