Slovakiyalı hakimlər Azərbaycan çempionunu müəyyənləşdirəcəklər

Slovakiyalı hakimlər Azərbaycan çempionunu müəyyənləşdirəcəklər

Bu gün mini-futbol üzrə Azərbaycan çempionatında final görüşü keçiriləcək.

MediaSport.az xəbər verir ki, həlledici qarşılaşmada “Zirə” və “Birbaşa”Bakı" kollektivləri üz-üzə gələcəklər.

Bakı Tennis Akademiyasında saat 20:00 da başlanacaq oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Prinsipiallığı nəzərə alan Azərbaycan Minifutbol Federasiyası(AMF) final matçını beynəlxalq dərəcəli hakimlər Marek Sveda və Mixal Bereşə həvalə edib.