Rumıniya - Azərbaycan matçının başlanma saatı və yeri məlum oldu

Rumıniya - Azərbaycan matçının başlanma saatı və yeri məlum oldu

Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində keçiriləcək Rumıniya - Azərbaycan oyununu başlanma saatı və matçın keçiriləcəyi məkan açıqlanıb.

MediaSport.az xəbər verir ki, matç sentyabrın 15-də, Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qarşılaşma Buzau şəhərindəki "Romeo lamandi" arenasında keçiriləcək.