Gənc gimnastlarımız Misirdə gümüş və bürünc medal qazandılar

Gənc gimnastlarımız Misirdə gümüş və bürünc medal qazandılar

Azərbaycanın bədii gimnastları Misirin paytaxtı Qahirədə keçirilən "Pharaohs Cup"da uğurlu çıxış ediblər.

mediasport.az xəbər verir ki, idmançılarımız gümüş və bürünc medal qazanıblar.

Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandamız 5 ip və 5 topla hərəkətlərin icrasında ikinci yeri tutub.

Fərdi gimnast Nuray Əhmədzadə isə lentlə hərəkətlərdə bürünc medala layiq görülüb.