Bu gün Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi olacaq
Bu gün Fransanın paytaxtı Parisdə Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
Mediasport.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva daşıyacaqlar.
Ölkəmiz turnirdə 7 növdə 19 idmançı ilə təmsil olunacaq.
Parataekvondoçular Röyalə Fətəliyeva (52 kq), Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq), paraüzgüçülər Könül Süleymanova, Raman Saley, Vəli İsrafilov, paracüdoçular Dürsədəf Kərimova (+70 kq), Xatirə İsmiyeva (+70 kq), İlham Zəkiyev (+90 kq), paraatletlər Rüfət Rəfiyev, Oloxan Musayev (hər ikisi nüvə itələmə), Səid Nəcəfzadə, Orxan Aslanov (hər ikisi uzunluğa tullanma), Lamiyə Vəliyeva (100 və 400 metr məsafəyə qaçış), paraatıcılar Kamran Zeynalov, Aybəniz Babayeva, parakamandan oxatmada mübarizə aparan Cahan Musayev və parapauerliftinqçi Ceyhun Mahmudovdur (54 kq) medallar uğrunda yarışacaq.
Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.