Rafael Ağayevdən növbəti qələbə! - Dünya çempionumuz rəqibini döydü

Rafael Ağayevdən növbəti qələbə! - Dünya çempionumuz rəqibini döydü

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat" turnirində növbəti döyüşünü keçirib.

MediaSport.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ABŞ təmsilçisi Coş Kuayhagenlə qarşılaşıb.

Florida ştatının Mayami şəhərində baş tutan döyüş Ağayevin qələbəsi ilə başa çatıb. Rəqibinə aşkar üstünlüklə qalib gələn idmançı çempion titulunu qoruyub.

Qeyd edək ki, 38 yaşlı idmançımız "Karate Combat" turnirində 2018-ci ildə debüt edib və heç bir dueldə məğlub olmayıb.