Olimpiya medalçımız Mərakeşdə Premyer-Liqanın qalibi oldu
Azərbaycan millisinin karateçisi İrina Zaretska Mərakeşin paytaxtı Rabatda keçirilən Premyer-Liqa yarışında uğurlu çıxış edib.
mediasport.az xəbər verir ki, 27 yaşlı olimpiya ikincisi bütün rəqiblərinə qalib gələrək çempion olub.
68 kq-da yarışan Ukrayna əsilli legionerimiz finalda isveçrəli Yelena Quiriçi məğlub edib - 4:0.
İrina 2023-cü ildə Misirin paytaxtı Qahirədə analoji yarışda bürünc medal qazanıb, Qvadlaxarada keçirilmiş Avropa çempionatında ikinci yeri tutub.