Gənclər və İdman nazirliyinin əməkdaşı Çində infarkt keçirdi
Çinin Çendu şəhərində XXXl Ümumdünya Yay Universiadasında iştirak edən Azərbaycan idman nümayəndə heyətinin fotoqrafı, Gənclər və İdman Nazirliyinin əməkdaşı Dilavər Nəcəfovun səhhətində problem yaranıb.
Nazirlikdən "MediaSport"a verilən məlumata görə, nümayəndə heyətinin rəhbərliyi tərəfindən təcili xəstəxanaya çatdırılan D.Nəcəfov müayinə edilib və ona kəskin miokard infarktı diaqnozu qoyulub.
Dərhal stendləmə ilə koronar angioplastika əməliyyatı aparılıb. Hazırda vəziyyəti stabildir, tezliklə xəstəxanadan buraxılacaq.