Polis Azərbaycan klubunun futbolçularını bölməyə apardı
Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan “Mingəçevir” klubunun üzvləri polis bölməsinə aparılıblar.
Mediasport.az xəbər verir ki, hüquq-mühafizə orqanlarına futbolçular Xəyal Xudaverdiyev və Muxtar Nəzərovla yanaşı, klubun inzibatçısı Məhəmməd Məmmədovdan şikayət daxil olub.
Məlumata görə, onlar yaşadıqları mənzildə ictimai asayişi pozublar. Səs-küydən narahat olan qonşular polisə üz tutublar.
Bölmədə izahatları alındıqdan sonra cərimələnən idmançılar sərbəst buraxılıblar.