Bakıda idman zalının kassasından 12 min manat oğurlandı - VİDEO
Bakıda fəaliyyət göstərən idman zallarından birindən oğurluq hadisəsi törədilib.
Mediasport.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, obyektin sahibi Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib.
Araşdırmalarla pulun idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub.
Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə aparılıb. Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib.
E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.