"Paris-2024" PROQNOZU: ABŞ 112, Çin 86, Fransa 60 medal qazanacaq
Nüfuzlu marketinq kompaniyası “Gracenote Nielsen” iyulun 26-da rəsmi açılışı olacaq “Paris-2024” Yay Olimpiya Oyunları ilə bağlı son proqnozları hazırlayıb.
Mediasport.az xəbər verir ki, institutun hesablamalarına əsasən, 4-illiyin zirvə yarışında ən çox medalı (112) ABŞ komandası qazanacaq.
Favoritlər arasında ikinci yerdə Çin (86), üçüncü sırada Fransanın (60) adı qeyd edilib.
Statistikaya görə, Fransa 60 medal qazansa, bu, 1900-cü ildən bu yana ölkədə keçirilmiş olimpiadalarda əldə edilmiş rekord say olacaq.
Ali idman mütəxəssisləri də meydan sahiblərinin yarışı təxminən 60-62 medalla başa vuracağını proqnozlaşdırırlar.
Xatırladaq ki, Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.