"NTD-İndiqo"nun adı dəyişdirildi, kapitan Elşad komandadan ayrıldı

  "NTD-İndiqo"nun adı dəyişdirildi, kapitan Elşad komandadan ayrıldı

"NTD-İndiqo" basketbol klubunun adı dəyişdirilib.

Mediasport.az xəbər verir ki, komanda bu mövsümdən NTD adlandırılacaq və yenidən Bakını təmsil edəcək.

NTD ad dəyişikliyinə qədər Xaçmazı təmsil edirdi.

Eyni zamanda, klub kapitanı Elşad Şirzadovla vidalaşıb.

O, müqaviləsinin müddəti başa çatdığı üçün komandadan ayrılıb.