"Ümid edirəm ki, onlar bizi layiqincə təmsil edəcəklər"

"Ümid edirəm ki, onlar bizi layiqincə təmsil edəcəklər"

"Azərbaycanı Olimpiya Oyunlarının 15 idman növündə 48 idmançı təmsil edəcək".

Mediasport.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir "Paris-2024" Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Olimpiya komandasının üzvləri üçün təşkil olunan yolasalma mərasimində fikirlərini bölüşüb.

O, Fransa paytaxtında keçiriləcək yarışda Azərbaycan idmançılarına inandığını bildirib:

"Ümid edirəm ki, onlar bizi layiqincə təmsil edəcəklər. Ən əsası, üzərlərindəki həyəcan hissini atmalıdırlar. Azərbaycan idmançıları üçün atletlər kəndində hər bir şərait yaradılıb. Sadəcə olaraq, azarkeşlərin dəstəyi önəmlidir. Bütün idmançılarıma uğurlar arzulayıram".

“Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Xatırladaq ki, Azərbaycan komandasının yarışdakı bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaqlar.