"Paris-2024"də iştirak edəcək bütün yığmalar məlum olub

 "Paris-2024"də iştirak edəcək bütün yığmalar məlum olub

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək qadın futbolçulardan ibarət milli komandaların siyahısı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Fransa paytaxtında 12 yığma mübarizə aparacaq.

Olimpiadanın mükafatlarına Avstraliya, Braziliya, Kanada, Kolumbiya, Fransa, Almaniya, Yaponiya, Yeni Zelandiya, Nigeriya, İspaniya, ABŞ və Zambiya iddia edəcək.

Futbol yarışlarına iyulun 24-də, Paris-2024-ün açılışından iki gün əvvəl start veriləcək.

XXXIII Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Futbol matçları Bordo, Marsel, Lion, Nant, Nitsa və Sent-Etyendə də baş tutacaq.