Azərbaycan olimpiyaçıları üçün günün proqramı - Paris-2024
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycan bu gün 4 fərdi idmançı və 3x3 basketbol komandası ilə təmsil olunacaq.
12:20 - Cüdoçu Elcan Hacıyev (90 kq) Türkiyə təmsilçisi Mixael Zqankla qarşılaşacaq.
12:24 - Akademik avarçəkmədə təmsilçimiz Diana Dımçenko 6-12-ci yerlər uğrunda yarışacaq.
12:45 - Dünən təxirə salınan triatlon yarışlarında idmançımız Rostislav Pevtsovun çıxışları baş tutacaq.
18:30 - Badmintonçu Edi Reski Dviçayo E qrupundakı ikinci görüşündə danimarkalı Anders Antonsenin müqavimətini qırmağa çalışacaq.
23:30 - Qadınlardan ibarət 3x3 basketbol komandamız ABŞ seçməsi ilə üz-üzə gələcək. Yığmamız ilk dueldə İspaniyaya məğlub olub - 16:18.
Xatırladaq ki, ölkəmiz avqustun 11-də başa çatacaq olimpiadaya 48 idmançı ilə qatılıb və yalnız hələlik cüdoçumuz Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.