"Şah" Özbəkistana yollandı
Beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov Özbəkistanda keçiriləcək rapid üzrə beynəlxalq turnirdə iştirak edəcək.
mediasport.az xəbər verir ki, 38 yaşlı şahmatçı Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattarov və Rüstəm Kasımjanov (hər ikisi Özbəkistan) kimi tanınmışlarla birlikdə mübarizə aparacaq.
Turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının Birinci vitse-prezidenti Faiq Həsənov olacaq. Üç gün davam edəcək yarışın mükafat fondu 50 min ABŞ dollarıdır.