Boksçularımızın Yay Olimpiya Oyunlarında rəqibləri müəyyənləşib

 Boksçularımızın Yay Olimpiya Oyunlarında rəqibləri müəyyənləşib

Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarının püşkü atılıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan yarışda 5 idmançı ilə təmsil olunacaq.

Döyüşlər iyulun 27-dən avqustun 11-dək davam edəcək.


Paris-2024 Yay Olimpiya Oyunları. Boks. 1/8 final


28 iyul

92 kq

Saat 18:18. Alfonso Dominges - Xulio Sezar la Krus (Kuba)


29 iyul

63,5 kq

22:48. Malik Həsənov - Laşa Quruli (Gürcüstan)

92 kq

14:52. Məhəmməd Abdullayev – Nelvi Tiafak (Almaniya)


30 iyul

51 kq

17:30. Nicat Hüseynov – Yunior Alkantara Reyes (Dominikan Respublikası)

80 kq

18:34. Murad Allahverdiyev – Abdelrahman Abdelqavvad (Misir)