Azərbaycan üzgüçüsü dünya çempionatında qızıl medal qazandı
Azərbaycan üzgüçüsü Raman Saley dünya çempionatının qızıl medalını qazanıb.
mediasport.az xəbər verir ki, üçqat paralimpiya çempionu Mançesterdə keçirilən dünya çempionatında 100 metr sərbəst üzmə növündə 53.32 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, Raman dünya çempionatında bunadək 3 medalı təmin etmişdi. O, 100 metr məsafəyə arxasıüstə üzməkdə ikinci, eyni məsafədə butterflyay üsulu və 50 metr məsafəyə sərbəst üzməkdə üçüncü yeri tutub.