Birinci vitse-prezident Qaşim Maqomedovla bağlı paylaşım edib

Birinci vitse-prezident Qaşim Maqomedovla bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında taekvondoçu Qaşim Maqomedovun Olimpiya Oyunlarında gümüş medal qazanması ilə bağlı paylaşım edib.

Mediasport.az xəbər verir ki, o, 58 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan idmançımızı təbrik edib:

“Paris Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!”.