Qış Olimpiya və Paralimpiya Oyunlarına daha bir namizəd var
İsveç 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarının keçirmək istəyir.
Mediasport.az xəbər verir ki, Stokholm meriyası yerli Milli Olimpiya Komitəsinin (MOK) təşəbbüsünü dəstəkləyib.
Skandinaviya ölkəsi yarışların təşkilinə dair bələdiyyə sazişini imzalamağa hazırdır. Buna bənzər sazişlər Falun, Ore və Estersund şəhərləri tərəfindən əvvəllər imzalanıb.
2030-cu ildə Olimpiadanın keçirilməsinə ABŞ, Fransa və İsveçrə də iddialıdır.
Noyabrın əvvəlində Fransa Milli Olimpiya Komitəsi artıq müraciət göndərdiyi barədə məlumat verib.