Azərbaycanlı idmançı 15 min km məsafəni velosipedlə qət etdi
Azərbaycanlı velosipedçi Ramil Ziyadov MDB məkanında ilkə imza atıb.
mediasport.az xəbər verir ki, dünyanın bir çox ölkəsini velosipedi ilə gəzən səyyah daha bir rekordu yeniləyib.
O, Avrasiya qitəsinin ən uzun yolunu gedib. Ramil Ziyadov Sargesdən (Portuqaliya) Maqadana (Rusiya) qədər olan 15 min 050 km-lik məsafəni qət edib.
Səyyah sosial şəbəkə vasitəsilə bununla bağlı təəssüratlarını bölüşüb: “Sevincimin həddi-hüdudu yoxdur. Avrasiya qitəsinin ən uzun sayılan Sarges-Maqadan yolunu keçdim və MDB ölkələri arasında ilkə imza atdım”.
Ramil Ziyadov 2013-cü ilin mayından velosipedi ilə dünya səyahətinə çıxır.