Nazir Bilgəh veloyürüşünə qatıldı

Nazir Bilgəh veloyürüşünə qatıldı

İyunun 3-də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Bakıda Beynəlxalq Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib.

Federasiyadan mediasport.az saytına verilən məlumata görə, Bilgəh qəsəbəsində baş tutan veloyürüşdə müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, AVF-nin idmançıları, həmçinin milli komandamız və MSN-in Velosiped İdman Klubunun üzvləri iştirak ediblər.

İştirakçılar “Amburan Mall”ın qarşısından başlayaraq Kürdəxanı qəsəbəsi istiqamətində təyin olunmuş dairəvi marşrut üzrə 40 km məsafə qət edib, start yerində yürüşü başa vurublar.

Veloyürüşə 30-a yaxın velosipedçi qatılıb.