Bakı kənd və qəsəbələri turnirində finalçılar müəyyənləşib - FOTOLAR

Bakı kənd və qəsəbələri turnirində finalçılar müəyyənləşib - FOTOLAR

Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib.

Mediasport.az xəbər verir ki, "Aşağı Güzdək" qızıl medallar uğrunda görüşdə "Günəşli" komandası ilə qarşılaşacaq.

Birincilər yarımfinalda "Biləcəri"dən üstün olublarsa (2:1), "Günəşli" kollektivi "Mərdəkan"ı (7:0) darmadağın edib.

Final matçı mayın 9-da keçiriləcək.

"Mərdəkan" və "Biləcəri" üçüncülük oyununa çıxacaq.

Qeyd edək ki, yarışda 4 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlarından ibarət komandaları mübarizə aparır.