Bakıda fotoqraflar arasında kamandan oxatma yarışı keçirilib

Bakıda fotoqraflar arasında kamandan oxatma yarışı keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə fotoqraflar arasında kamandan oxatma yarış keçirilib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunan tədbirdə Mediasport.az saytının fotomüxbiri Məhərrəm Məcidov da iştirak edib.

Yarış Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar” Foto Klubu İctimai Birliyinin təşəbbüsü, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə həyata keçirilib.

Yarışda kişi və qadın komandalardan ibarət 60-dək fotoqraf mübarizə aparıb.

Sonda kişilər arasında mübarizədə ilk “üçlük”də yer alanlar İdman Olimpiya Komplekslərində 2 günlük istirahət kuponu hədiyyə edilib.

Qadınlarda isə birinci yerin sahibinə istirahət kuponu, digər iki yeri tutan şəxslərə isə qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd kamandan oxatma idman növünün inkişaf etdirilməsi və kütləviliyin təmin olunmasıdır.