Bakıda ilk dəfə: Dünya Kubokunun medalları hazırdır

Bakıda ilk dəfə: Dünya Kubokunun medalları hazırdır

Azərbaycanda ilk dəfə keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kuboku üçün sifariş edilmiş medallar hazırdır.

mediasport.az xəbər verir ki, qızıl, gümüş və bürünc medalların ön tərəfində Bakının rəmzlərindən sayılan Qız Qalası əks olunduğu yarışın loqosu həkk edilib.

Digər üzündə isə Dünya Güləş Birliyinin (UWW) loqosu var. Medalların yaşıl rəngli lenti də yarışa özəl olaraq işlənilib.

5-6 noyabr tarixlərində keçiriləcək Dünya Kubokunda 6 komanda A (Türkiyə, İran, Qırğızıstan) və B (Azərbaycan, Serbiya, Dünya yığması) qrupunda yer alıb. Qrupların ikinciləri bürünc medal uğrunda mübarizə aparacaq. Qrup qalibləri isə finalda kubok və qızıl medal üçün güləşəcək.