Bakı çempionatı keçirildi

Bakı çempionatı keçirildi

Avarçəkmə üzrə Bakı çempionatı keçirilib.

MediaSport.az xəbər verir ki, Bulvar ərazisində, “Milan Expo”nun qarşısında baş tutan birincilikdə paytaxtla yanaşı, Mingəçevirdən 70-ə yaxın yeniyetmə və gənc avarçəkən iştirak edib.

İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində mübarizə aparıblar.

Bakı çempionatında fərqlənən idmançılar gələcəkdə milli komandanın heyətinə cəlb olunacaq.