Boks Yay Olimpiya Oyunlarının proqramından çıxarılır

Boks Yay Olimpiya Oyunlarının proqramından çıxarılır

Boks "Paris-2024" Yay Olimpiya Oyunlarının proqramından çıxarıla bilər.

mediasport.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi bu variantı nəzərdən keçirir.

Buna səbəb IOC-un Beynəlxalq Boks Assosiasiyasının (IBA) işindən narazı qalmasıdır. Boks 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək olimpiadanın da proqramına daxil edilməyib.

Paris-2024 Yay Olimpiya Oyunlarının iyulun 26-dan avqust 11-dək keçirilməsi planlaşdırılır.