Özbəkistanın tarixinə düşən Olimpiya çempionuna sərvət verildi
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının cüdo yarışında Özbəkistana qızıl medal qazandıran qadın Diyora Keldiyorova (52 kq) ölkəsində yüksək səviyyədə mükafatlandırılıb.
Mediasport.az xəbər verir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev 26 yaşlı idmançı ilə görüşərək ona 200 min dollar ənam və "Chevrolet Tahoe" avtomobilinin açarlarını təqdim edib.
Bundan başqa, Daşkənd şəhərinin meri idmançıya dəyəri 80 min dollar olan üçotaqlı mənzil və 100 min dollar pul hədiyyə edib.
Digər hədiyyəni - dəyəri 25 min dollar olan mənzil və "Chevrolet Malibu 2" avtomobilini isə Ürgənc şəhərinin meri verib.
Xatırladaq ki, Keldiyorova Özbəkistan tarixinə Yay Olimpiya Oyunlarında qızıl medal qazanan ilk qadın idmançı kimi düşüb.