Ronaldo və Messi DÇ-də əfsanəvi müdafiəçiyə çata bilməyəcək
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu ay Qətərdə start götürəcək Dünya çempionatı ərəfəsində maraqlı araşdırma paylaşıb.
mediasport.az xəbər verir ki, qurum mundiallarda kapitan kimi ən çox çıxış etmiş oyunçuların siyahısını dərc edib.
Sıralamanın lideri Meksika yığmasının sabiq kapitanı Rafael Markesdir. 43 yaşlı veteran 4 dəfə - 2002, 2006, 2010, 2014 və 2018-ci illərdə keçirilən Dünya çempionatlarında meydana kapitanlıq sarğısı ilə çıxıb.
Siyahıda yer alan digər 11 futbolçu bu uğura 3 dəfə nail olub. "Qətər-2022"də Portuqaliya və Argentina millilərinin liderləri - Kriştiano Ronaldo ilə Lionel Messi siyahıya düşmüş bu 11 futbolçunu geridə qoya bilər. Lakin onlar üçün bu DÇ-nin sonuncu olduğunu nəzərə alsaq, Rafael Markesə çata bilməyəcəklərini də proqnozlaşdıra bilərik.
Rafael Markes | Meksika | 5 | 2002, 2006, 2010, 2014, 2018 |
Billi Rayt | İngiltərə | 3 | 1950, 1954, 1958 |
Ladislav Novak | Çexoslovakiya | 3 | 1954, 1958, 1962 |
Byorn Nurdkvist | İsveç | 3 | 1970, 1974, 1978 |
Dieqo Maradona | Argentina | 3 | 1986, 1990, 1994 |
Karlos Valderrama | Kolumbiya | 3 | 1990, 1994, 1998 |
Paolo Maldini | İtaliya | 3 | 1994, 1998, 2002 |
Didye Droqba | Fil Dişi Sahili | 3 | 2006, 2010, 2014 |
İker Kasilyas | İspaniya | 3 | 2006, 2010, 2014 |
Makoto Hasebe | Yaponiya | 3 | 2010, 2014, 2018 |
Lionel Messi | Argentina | 3 | 2010, 2014, 2018 |
Kriştiano Ronaldo | Portuqaliya | 3 | 2010, 2014, 2018 |