ÇL-də həftənin oyunçusu olmağa namizədlərdən 2-si qapıçıdır

ÇL-də həftənin oyunçusu olmağa namizədlərdən 2-si qapıçıdır

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Mediasport.az xəbər verir ki, bu ada "Arsenal"dan qapıçı David Raya, "Atletiko"dan qolkiper Yan Oblak, Dortmund "Borussiya"sından Ceydon Sanço və "Barselona"dan müdafiəçi Pau Kubarsi namizəd olub.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.