Milli komandamızın daha 4 üzvü "Qran-pri"də mübarizəyə qoşulur
Azərbaycanın daha 4 cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində keçirilən "Qran-pri"də mübarizəyə qoşulacaq.
Mediasport.az xəbər verir ki, Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev və Səid Mollayi (hər ikisi 81 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.
Dünən Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) "gümüş" qazanıblar, digər 6 idmançı mükafatçılar sırasına düşə bilməyib. Yığmamız turnirdə 16 cüdoçu ilə təmsil olunur.
73 kq.
Rəşid Məmmədəliyev - Heonçeoi Kanq (Cənubi Koreya)
Nurlan Osmanov - Reda Seddouki (Fransa)
81 kq.
Səid Mollayi - Adrian Qandya (Puerto-Riko) / Laçlan Morhead (Böyük Britaniya) cütünün qalibi
Zelim Tçkayev - Xorxe Peres (Çili) / Aurelien Bonferroni (İsveçrə) cütünün qalibi