Azərbaycan çempionu məlumdur

Azərbaycan çempionu məlumdur

Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə ölkə çempionatı keçirilib.

mediasport.az xəbər verir ki, çempionatda 6 kişi və 3 qadın olmaqla ümumilikdə 9 idmançı iştirak edib.

Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında 563 xalla Kamran Zeynalov birinci olub. Aybəniz Babayeva 546 xalla gümüş, Yelena Taranova isə 542 xalla bürünc medala sahib olublar.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov yarışın keçirilməsində məqsədin milli komandanı formalaşdırmaq və qarşıdan gələn yarışlara hazırlaşmaq olduğunu deyib.