"Daha da güclənməliyik, qarşıda görülməli çox iş var" - MUSAYEV

"Daha da güclənməliyik, qarşıda görülməli çox iş var" -  MUSAYEV

“Sabah” bu gün baş məşqçi Murad Musayevlə müqavilə müddətini uzadıb.

mediasport.az xəbər verir ki, 2024-cü ilin mayına qədər nəzərdə tutulan anlaşmadan sonra rusiyalı məşqçi və klubun prezidenti Maqsud Adıgözəlov fikirlərini bölüşüb.


Maqsud Adıgözəlov: 

“Murad Musayevlə yeni müqavilə bağladığımıza görə çox şadam. Komandamız Musayevin rəhbərliyi altında günü-gündən inkişaf edir. Bu, sərgilənən futbolda özünü açıq şəkildə göstərir. O, komandaya bizim klub olaraq arzuladığımız futbol fəlsəfəsini aşılayır. İnanıram ki, yeni anlaşma hər iki tərəf üçün uğurlu olacaq və birlikdə öz hədəflərimizə çatacağıq”.


Murad Musayev: 

“Klubumuzun bir parçası olduğuma görə çox şadam. Addım-addım daha da güclənməliyik. Qarşıda görülməli olan çox iş var. Hər gün ürəklə çalışaraq, bundan sonra da azarkeşlərimizi sevindirməyə çalışacağıq”.