ÇL: "Aznur" 2-ci matçda çətinliklə məğlubiyyətdən xilas oldu - VİDEO

ÇL: "Aznur" 2-ci matçda çətinliklə məğlubiyyətdən xilas oldu - VİDEO

Minifutbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin sonuncu oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, təmsilçilərimizdən "Aznur" günün ilk oyununda çətinliklə məğlubiyyətdən qurtulub.

Onların növbəti oyunu "Andezit"ə (Ukrayna) qarşı olacaq.

E qrupunda yer alan "Birbaşa Bakı"nın ilk rəqibi "Livorno" (İtaliya), ikinci rəqibi "Brno" (Çexiya) olacaq.

Minifutbol üzrə Çempionlar Liqası. Qrup mərhələsi

6 sentyabr

C qrupu

"Qalport" (Polşa) - "AzNur" 2:2

Qollar: Brayan Olkiyeviç, 1, Makiyej Şlivenski, 17 - Vüqar Rəhimov, 37, Rafiq Eyvazov, 41.

19:00 "AzNur" - "Andezit" (Ukrayna)

E qrupu

14:00 "Livorno" (İtaliya) - "Birbaşa Bakı"

21:00 "Birbaşa Bakı" - "Brno” (Çexiya)