Əli İngiltərə Premyer Liqasının tarixinə ilk iraqlı kimi düşdü

  Əli İngiltərə Premyer Liqasının tarixinə ilk iraqlı kimi düşdü

"İpsviç" İngiltərə çempionatının 1-ci turunda evdə "Liverpul"la qarşılaşıb (0:2).

Mediasport.az xəbər verir ki, meydan sahiblərinin heyətində sonradan oyuna qoşulan Əli Əl-Həmadi Premyer Liqa tarixinə düşüb.

22 yaşlı forvard İngiltərə Premyer Liqasında oynayan ilk iraqlı futbolçu olub.

Maraq üçün deyək ki, liqada 124 fərqli ölkəni təmsil edən futbolçular top qovurlar.