Əli Şükürlü Avropa çempionatında 1 qızıl, 2 gümüş medal qazandı
Ağırlıqqaldırma üzrə milli komandamızın üzvü Əli Şükürlü Rumıniyada keçirilən Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıb.
mediasport.az xəbər verir ki, yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə birinclikdə 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir.
İdmançımız yaşı 20-yə qədər olan atletlər arasında 109 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 160 kq-ı ram edib və bu hərəkətdə Avropa birincilyinin gümüş medalını qazanıb.
Şükürlü təkanla qaldırma hərəkətində daha uğurlu çıxış edib. O, 195 kq-ı qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin qızıl medalına sahib çıxıb.
Toplam 355 kq (160+195) nəticə göstərən Əli yekun sıralamada 2-ci yeri tutaraq gümüş medala layiq görülüb.