Əzizov Budapeştdə Dünya çempionu olub 4-cü Dan qara-kəmər aldı
Avstriya Azərbaycanlıları Cəmiyyətinin (AAC) rəhbəri Fərid Əzizov Macarıstanın paytaxtı Budapeştdə karatenin kempo növü üzrə keçirilən 26-cı Dünya çempionatında qızıl medal qazanıb.
mediasport.az xəbər verir ki, Birləşmiş Dünya İdman Kempo Federasiyasının (UWSKF) təşkil etdiyi yarışda bütün rəqiblərini üstələyən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
UWSKF-nın prezidenti Kyoşi Valer Pap Əzizova karatenin kempo növünə xüsusi xidmətlərinə və 30 illik peşəkar karyerasında göstərdiyi nailiyyətlərə görə 4-cü Dan qara-kəmər təqdim edim. O, beynəlxalq federasiyada 4-cü Dan qara kəmər sahibi olan yeganə azərbaycanlıdır.
Medal və kəmərin təqdimolunma mərasimində danışan Əzizov təşkilatçılara Diasporla İş üzrə Dövlət Komitəsinin adından Azərbaycan mədəniyyətini əks etdirən suvenirlər hədiyyə edib. O, qələbəni Vətən uğrunda canından keçmiş şəhidlərə həsr etdiyini söyləyib.