Saleh Məmmədov Vyanada Maykl Vidererlə görüş keçirib

Saleh Məmmədov Vyanada Maykl Vidererlə görüş keçirib

Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov Avstriya Avropa Həndbol Federasiyasının prezidenti Maykl Vidererlə görüşüb.

Mediasport.az xəbər verir ki, Avropa Həndbol Federasiyasının baş ofisində təşkil olunan görüşdə Azərbaycanda həndbolun inkişafı, son zamanlar görülən işlər, yaxın gələcəkdə beynəlxalq yarışların ölkəmizdə təşkil olunması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Maykl Viderer ötən il Bakıda 17 yaşlı qızlar arasında Avropa çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib.