Fələstinə dəstək verən Ənvəri komandadan qovublar - FOTO

Fələstinə dəstək verən Ənvəri komandadan qovublar - FOTO

Almaniyanın "Mayns" klubu futbolçusu Ənvər Əl Qazini komandadan uzaqlaşdırıb.

Mediasport.az xəbər verir ki, buna ərəb əsilli niderlandlı vingerin Fələstinə dəstək nümayiş etdirməsi səbəb olub.

Bundesliqa təmsilçisi rəsmi məlumat yayaraq, forvardın komandadan göndərildiyini açıqlayıb.

Ənvər Əl Qazi sosial şəbəkə hesablarında paylaşım edərək İsraillə müharibədə Fələstinə dəstək olduğunu bildirib.

Niderlandlı Almaniya klubuna bu ilin yayında transfer edilimişdi.