Bakıda keçiriləcək "Formula 1" yarışına görə bu yollar bağlı olacaq

Bakıda keçiriləcək "Formula 1" yarışına görə bu yollar bağlı olacaq

13-15 sentyabr aralığında "Formula 1" üzrə Azərbaycan Qran-prisi keçiriləcək.

Mediasport.az xəbər verir ki, bu səbəbdən Bakıda bəzi yollar nəqliyyatın hərəkətinə bağlı olacaq.

Avqustun 20-də, saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsi nəqliyyatın hərəkəti qadağan ediləcək.

Məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.