Yığmamız Avropa çempionatına hazırlıq məsdilə Misirə yollanıb
Çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qızlar arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan yığması yarışa hazırlığı Misirdə davam etdirəcək.
Mediasport.az xəbər verir ki, komandamız bu gün Şarm Əl-Şeyx şəhərinə yola düşüb.
Komandamız burada rusiyalı mütəxəssis İqor Olefirin rəhbərliyi ilə 14 gün təlim-məşq toplanışı keçəcək və bir neçə yoxlama matçında qüvvəsini sınayacaq.
Təlim-məşqlərə 6 qız voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə Nihad Tarverdiyev kömək edəcək.
Qeyd edək ki, AVRO-2024 (U-18) bu il iyulun 11-dən 14-dək Gürcüstanın Kaçreti şəhərində baş tutacaq.