Azərbaycan milli komandası Avropa çempionu olub

 Azərbaycan milli komandası Avropa çempionu olub

Azərbaycanın tamblinq yığması Avropa çempionu olub.

Mediasport.az xəbər verir ki, gimnastlarımız bu uğuru Portuqaliyanın Gimaraynş şəhərində keçirilən qitə çempionatında əldə ediblər.

Tofiq Əliyev, Mixail Malkin, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət milli komanda yarışında bütün rəqiblərindən güclü olub. Yığma Böyük Britaniya, Danimarka kimi güclü rəqibləri arxada qoyub.

Qeyd edək ki, Azərbaycan tamblinq komandası ötən il Birmingemdə keçirilən dünya çempionatının da qalibi adını qazanıb.