Gimnastımızdan qızıl medal!

Gimnastımızdan qızıl medal!

Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının iki üzvü Misirin Qahirə şəhərində təşkil olunan “Pharaoh's Cup” beynəlxalq turnirində uğurla çıxış edib.

MediaSport.az xəbər verir ki, fərdi proqramda Vladimir Dolmatov qızıl, Mədinə Mustafayeva isə bürünc medal qazanıb.

Yeniyetmələr arasında komandanın gimnastları Dilarə Qurbanova və Sara Əlixanlı fərdi proqramda finala vəsiqə əldə ediblər.