Gimnastlarımız Almaniyada beynəlxalq turnirdə yarışacaqlar

Gimnastlarımız Almaniyada beynəlxalq turnirdə yarışacaqlar

Azərbaycanın bədii gimnastları Almaniyanın Fellbax-Şmiden keçiriləcək “Gymnastic İnternational 2024” beynəlxalq turnirdə iştirak edəcəklər.

Mediasport.az xəbər verir ki, məşqçilər Nərmin Cahangirova və Nəzrin Cəfərzadənin rəhbərliyi altında yarışda gənclər arasında Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı mübarizə aparacaqlar.

Böyüklər arasında isə Kamilla Seyidzadə və Kamila Qafarova qüvvələrini sınayacaqlar.

Bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Nigar Abdusalimova turnirə hakim kimi qatılacaq.

Yarış 2-3 mart tarixlərində təşkil olunacaq.