Cenk Sümer: "Güclü “Neftçi”nin təməlinin başa çatdırılması yönündə addımlar atılacaq"

Cenk Sümer: "Güclü “Neftçi”nin təməlinin başa çatdırılması yönündə addımlar atılacaq"

“Neftçi” üçün önəmli gündür. “Palms Sports”la 5 illik müqavilə imzalayırıq".

Mediasport.az xəbər verir ki, bunu "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer deyib.

O, "Palms Sports"la sponsorluq müqaviləsinin imzalanma mərasimində bildirib ki, anlaşman klubun beynəlxalq arenada inkişafına xidmət edəcək:

"Bu tərəfdaşlıq formamızda, bazamızda, stadionumuzda “Palms Sports”un adı yer almaqla yanaşı, klubun beynəlxalq arenada inkişaf etməsinə xidmət edəcək.

“Neftçi” olaraq ötən yaydan yeni strategiyaya başlamışıq. Maddi dayanaqlılıq üzərində çalışırıq. “Palms Sports”la müqavildən əldə olunan gəlirin də xeyri olacaq.

Güclü “Neftçi”nin təməlinin başa çatdırılması yönündə addımlar atılacaq.

“Neftçi Futbol Mərkəzin”nin inşasını tamamlamaq istəyirik. Ötən ay başladıq və birinci mərtəbini hazır etdik. 2-ci və 3-cü mərtəbələrin də inşasını tamamlayaraq, bütün klubun burada olmaq imkanını təmin etmək istəyirik".

Qeyd edək ki, “Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında 5 illik sponsorluq müqaviləsi imzalanıb.