Bakıda "Sərhədçi” Kubokunda mükafatçılar müəyyənləşdi

 Bakıda "Sərhədçi” Kubokunda mükafatçılar müəyyənləşdi

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə "Sərhədçi" Atçılıq Mərkəzində “Sərhədçi” Kuboku uğrunda konkur yarışlarına start verilib.

Mediasport.az xəbər verir ki, “E” kateqoriyası üzrə 90 sm və “L” kateqoriyası üzrə 115 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər.

17 idmançının iştirak etdiyi “E” kateqoriyasında “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Valeriya Roşenko “Şəhzadə” ləqəbli atla birinci, “Sərhədçi” atçılıq klubunun təmsilçisi Gülay Fərzəliyeva “Nabab De Belou” ləqəbli atla ikinci, RAMBİOEUGİM-in təmsilçisi Ayan Fərəcova “Tibet” ləqəbli atla üçüncü, “Sərhədçi” atçılıq klubunun təmsilçisi Qəzənfər Fərzəliyev “Əsanə” ləqəbli atla dördüncü, “RAMBİOEUGİM”in digər təmsilçisi Amena Gonizzi isə “Pur-Pur” ləqəbli atla beşinci yerin sahibi olub.

“L” kateqoriyasında yaş məhdudiyyəti olmadan 14 idmançının mübarizə apardığı yarışda “Sərhəçi” atçılıq klubunun təmsilçiləri Ramil İbrahimov “Şirin” ləqəbli atla birinci, Gülay Fərzəliyeva “Nabab De Belou” ləqəbli atla ikinci, “Elite” atçılıq klubunun təmsilçisi Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla üçüncü, eyni klubun təmsilçisi Anar Hümbətov “Damla” ləqəbli atla dördüncü və “Omar” atçılıq klubunun təmsilçisi Kənan Novruzov isə “Savalan” ləqəbli atla beşinci yeri tutub.