Emin Əmrullayev: “Neftçi” Azərbaycan futbolunun tarixidir"
“Neftçi”nin strateji inkişafı üçün bu müqavilə vacibdir. Klubun dayanıqlı inkişafı üçün də xeyli işlər görülməlidir. “Neftçi”nin qarşısında duran məqsədlərdən biri də sponsorların rəngarəngliyi, bir mənbədən asılılığı azaltmaqdır. Bu, Azərbaycan futboluna vacib töhfələrdən biridir”.
Mediasport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin Müşahidə Şurasının üzvü Emin Əmrullayev deyib.
“Neftçi” və “Palms Sports” arasında sponsorluq müqaviləsinin imzalanması tədbirində çıxış edən E.Əmrullayev klub rəhbərliyinin “ağ-qaralar”ın brend olaraq inkişaf etdirilməsini istədiyini qeyd edib:
“Neftçi” Azərbaycan futbolunun tarixidir, simasıdır. “Neftçi”nin brend olaraq inkişaf etdirilməsi klubun idarəçilərinin qarşısında duran əsas hədəflərdən biridir.
Ola bilər bugünkü durum “Neftçi” azarkeşlərinin xoşuna gəlmir. Mən də həmişə demişəm, “Neftçi”yə yalnız birinci yer yaraşır. Burda iki yol var. Ya tez hansısa uğurun arxasınca qaçmalısan, ya da dayanıqlılığı təmin etməlisən.
Bu da infrastrukturun, akademiyanın inkişaf etdirilməsi, dayanılqlılığın təmin edilməsidir. Biz uzunmüddətli nəticənin arxasına düşmüşük. Bu, vaxt alır və ətrafdakı insanlardan səbr istəyir. Lakin inanıram ki, tezliklə “Neftçi”nin durumu daha da yaxşılaşacaq”.
Qeyd edək ki, “Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında 5 illik sponsorluq müqaviləsi imzalanıb.