"Neftçi Arena"nın adı dəyişdirilir

"Neftçi Arena"nın adı dəyişdirilir

"Neftçi Arena"nın və klubun Futbol Mərkəzinin adı dəyişdirilir.

Mediasport.az xəbər verir ki, dəyişiklik "ağ-qaralar"ın bu gün bağladığı yeni əməkdaşlıq müqaviləsinə əsasən reallaşacaq.

“International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” şirkəti Bakı təmsilçisinin ev oyunlarını keçirdiyi stadion və Futbol Mərkəzinin adlandırma hüquqlarını əldə edib.

Qeyd edək ki, tərəflər arasında bu gün beşillik sponsorluq müqaviləsi imzalanıb.