"Qızıl top” mükafatını qazanmağa namizədlərin son siyahısı açıqlandı
"France Football" nəşrinin FİFA ilə birlikdə təqdim etdiyi “Qızıl top” mükafatını qazanmağa namizədlərin yekun siyahısı açıqlanıb.
Mediasport.az xəbər verir ki, qalib adı uğrunda 20 oyunçu mübarizə aparacaq.
İddiaçılar arasında mükafata ən yaxın namizəd Misir yığması və “Liverpul”un hücumçusu Məhəmməd Salahdır.
Xatırladaq ki, "Qızıl top"u son olaraq İspaniya millisi və "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri qazanıb.
"Qızıl top"a namizədlərin yekun siyahısı
1. Məhəmməd Salah (“Liverpul”)
2. Rafinya (“Barselona”)
3. Lamin Yamal (“Barselona”)
4. Robert Levandovski (“Barselona”)
5. Kilian Mbappe (“Real”)
6. Vinisius Junior (“Real”)
7. Harri Keyn (“Bavariya”)
8. Cud Bellingem (“Real”)
9. Camal Musiala (“Bavariya”)
10. Florian Virts (“Bayer”)
11. Antuan Qrizmann (“Atletiko”)
12. Viktor Yokeres (“Sportinq”)
13. Erlinq Haaland (“Mançester Siti”)
14. Koul Palmer (“Çelsi”)
15. Lautaro Martines (“İnter”)
16. Vircil van Dayk (“Liverpul”)
17. Usman Dembele (PSJ)
18. Julian Alvares (“Atletiko”)
19. Aleksander İsak (“Nyukasl”)
20. Omar Marmuş (“Mançester Siti”)