Təmsilçimiz İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandı
![Təmsilçimiz İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandı](https://mediasport.az/uploads/images/202502/image_750x_67a5e094afc1d.jpg)
Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda təmsil edən Anna Sofiya Obrayen İtaliyada keçirilən “Egna Dance Trophy” turnirində uğur qazanıb.
Mediasport.az xəbər verir ki, idmançımız turnirdə üçüncü yeri tutub.
Ritm və sərbəst proqram üzrə yarışan Anna 15 ölkədən 18 idmançının mübarizəsində 129.35 xal toplayaraq bürünc əldə edib.